• Bakı 21° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Millimiz Türkiyəyə qalib gəldi

İDMAN

04 Iyun 2024 | 22:26 | Müəllif: Subhan Mahmudov

Millimiz Türkiyəyə qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunda Türkiyə yığmasını qəbul edib. “Liv Bona Dea Arena”da oynanılan qarşılaşma Azərbaycan yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna Nigar Mirzəliyeva imza atıb.

Mayın 31-də baş tutan ilk oyunda milli komanda səfərdə qardaş ölkəyə 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, qrup mərhələsinin ilk dörd turundan sonra Türkiyə seçməsinin aktivində 6, Azərbaycan yığmasında isə 4 xal var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026