• Bakı 30° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Çempionlar Liqası: təmsilçimizin potensial rəqibləri...

İDMAN

04 Iyul 2024 | 19:06

Çempionlar Liqası: təmsilçimizin potensial rəqibləri...

UEFA Çempionlar Liqasının 2024-2025-ci il mövsümündə mübarizəyə ilkin mərhələdən başlayacaq “Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazanacağı təqdirdə B yolunda V qrupda yer alacaq.

Azərbaycan Futzal Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, rəqiblər “Etoile Lavalloise” (Fransa) və “Stalitsa Minsk” (Belarus) ilə yanaşı, ilkin mərhələnin B qrupunun qalibi (“Minerva” (İsveçrə), “Amiqo Northvest” (Bolqarıstan), “Fiorentina” (San Marino) və “Cymru” (Uels) komandaları olacaq.

Bu mərhələnin oyunları oktyabrın 22-dən 27-dək Fransada keçiriləcək. Bu qrupdan elit-raunda turnir cədvəlini birinci pillədə başa vuracaq komanda yüksələcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” ilkin mərhələdə Uddevalla (İsveç), Sillamae Silla (Estoniya) və Sparta Belfast (Şimali İrlandiya) komandaları ilə birlikdə H qrupunda mübarizə aparacaq. Oyunlar avqustun 20-dən 25-dək İsveçdə təşkil olunacaq.


SON XƏBƏRLƏR

06 Iyul 2024