Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.
Bakıvaxtı.az xəbər verir ki, o, Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Yurqorden” (İsveç) - “İlves” (Finlandiya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
VAR-da Əliyar Ağayev, onun köməkçisi isə İnqilab Məmmədov olacaq.
Qeyd edək ki, görüş avqustun 15-də İsveçin paytaxtı Stokholm şəhərində yerləşən “Stokholm Arena”da keçiriləcək.