• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Səudiyyə Ərəbistanı klubu Edersondan imtina etdi

İDMAN

03 Avqust 2024 | 16:49 | Müəllif: Gülşən Şərif

Səudiyyə Ərəbistanı klubu Edersondan imtina etdi

 "Mançester Siti"nin qapıçısı Ederson "Əl-İttihad"a keçməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Səudiyyə Ərəbistanı klubu İspaniyanın "Malyorka"sının və Serbiya millisinin qapıçısı Predraq Raykoviçin transferi üçün sənədlər imzalayıb. Bu transferin Səudiyyə klubuna 11 milyon avroya başa gələcəyi bildirilir. Ona görə də "Əl-İttihad" Edersonu almaqdan imtina edib.  

30 yaşlı qapıçının klubla hazırkı müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

Qeyd edək ki, Ederson ötən mövsüm "Mançester Siti"nin heyətində 43 oyun keçirib, 34 qol buraxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026