• Bakı 31° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Şahin Bağırov yeniyetmə və gənc voleybolçularla görüşüb

İDMAN

04 Iyul 2024 | 20:00

Şahin Bağırov yeniyetmə və gənc voleybolçularla görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov bu gün “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsində, həmçinin yeniyetmə və gənc voleybolçular üçün keçirilən təlim-məşq toplanışında idmançılarla görüşüb.

Bakıvaxtı.az-ın məlumatına görə, görüşdə AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov da iştirak ediblər.

İlk olaraq AVF-nin idman zalında təşkil olunan düşərgədə, ardınca isə GİN-nin Voleybol Mərkəzində təlim-məşq toplanışında məşqçilərlə və idmançılarla görüşən federasiya rəhbərliyinə ümumi vəziyyətlə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, məşqlər müxtəlif proqramlar üzrə keçirilir, iştirakçılar üçün hər cür şərait yaradılıb.

Ş.Bağırov federasiya tərəfindən uşaq voleybolunun inkişafı üçün bu cür məşqlərin və düşərgələrin davamlı təşkil olunacağını deyib. Qurum rəsmisi idmançılara məşqlərə ciddi yanaşmalarını, öz üzərlərində çox çalışmalarını və məşqçilərin tapşırıqlarını düzgün yerinə yetirmələrini tövsiyə edib.


SON XƏBƏRLƏR

06 Iyul 2024