• Bakı 17° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

6 ay əvvəl Türkiyəyə məlumat verilibmiş

DÜNYA

09 Dekabr 2024 | 09:56

6 ay əvvəl Türkiyəyə məlumat verilibmiş

Suriyada hakimiyyəti ələ keçirən müxalifət hücumundan 6 ay əvvəl Türkiyəyə məlumat verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yayıb.

Müxalifət Türkiyə tərəfini Suriya hakimiyyətinə qarşı genişmiqyaslı hücuma başlamaq niyyəti barədə məlumatlandırıb.

Xatırladaq ki, noyabrın sonunda Suriyada hökumət əleyhinə qüvvələrin hücumu başlayıb. Dekabrın 8-nə keçən gecə onlar paytaxt Dəməşqə daxil olublar. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb. Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd və ailəsi Rusiyaya sığınıb.


SON XƏBƏRLƏR