• Bakı 16° C

    7.73 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

6 gün əvvəl kanalda batan 13 yaşlı uşağın axtarışları davam etdirilir - VİDEO

CƏMİYYƏT

26 Aprel 2024 | 18:13

6 gün əvvəl kanalda batan 13 yaşlı uşağın axtarışları davam etdirilir - VİDEO

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri tərəfindən davam etdirilir.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, hazırda yeniyetmənin batdığı ehtimal edilən istiqamətlər üzrə, o cümlədən kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində axtarışlar intensiv şəkildə həyata keçirilir.

Əlavə məlumat veriləcək.

 


SON XƏBƏRLƏR

01 Aprel 2026