• Bakı 31° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

 Əfv sərəncamının icrası YEKUNLAŞDI - YENİLƏNİB

CƏMİYYƏT

26 May 2024 | 16:18

 Əfv sərəncamının icrası YEKUNLAŞDI - YENİLƏNİB

Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın icrası yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, əfvin icrası Ədliyyə Nazirliyin Penitensiar Xidmətinin müəssisələrində və Probasiya xidmətində həyata keçirilib.

 

***13:10

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

Bakıvaxtı.az  xəbər verir ki, bu Cəzaçəkmə Müəssisəsində sərəncam ümumilikdə 9 nəfərə şamil olunub. Onlardan 7 məhkum azadlığa buraxılıb. Azadlığa buraxılanlardan 2-si Türkiyə, 2-si isə Əfqanıstan vətəndaşlarıdır.

İki nəfər məhkumun isə cəza müddəti azaldılıb. 

***

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu Cəzaçəkmə Müəssisəsində sərəncam ümumilikdə 8 nəfərə şamil olunub. Onlardan 3 məhkum azadlığa buraxılıb, 5 məhkumun isə cəzası azaldılıb.

 

***

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Bakıvaxtı.az xəbər verir ki, məhbusların cəza çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsindən 3 nəfər azadlığa buraxılıb. Onlardan 2-si Əfqanıstan, 1-i isə Rusiya vətəndaşıdır.

***

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Bakıvaxtı.az xəbər verir ki, məhbusların cəza çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsindən 3 nəfər azadlığa buraxılıb. Onlardan 2-si Əfqanıstan, 1-i isə Rusiya vətəndaşıdır.

***

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Bakıvaxtı.az xəbər verir ki, qadın məhbusların cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsindən dörd nəfər azadlığa buraxılıb.

 

***09:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın icrasına başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, əfvin icrası Ədliyyə Nazirliyin Penitensiar Xidmətinin müəssisələrində və Probasiya xidmətində olunur.

Qeyd edək ki, ümumilikdə əfv sərəncamı 154 nəfərə şamil edilib.


SON XƏBƏRLƏR

16 Iyun 2024