• Bakı 18° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

CƏMİYYƏT

25 Iyun 2024 | 13:23

Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

İyunun 26-si axşamdan 27-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında iyunun 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 27-si axşamadək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Havanın temperaturunun ötən günlərlə müqayisədə 5-9 dərəcə aşağı enəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


SON XƏBƏRLƏR

28 Sentyabr 2024