• Bakı 19° C

    6.92 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Parlament prospektində təmir işləri yekunlaşdı - VİDEO

CƏMİYYƏT

25 Iyul 2024 | 12:01

Parlament prospektində təmir işləri yekunlaşdı - VİDEO

Azərbaycan Avtomobil Yolları Bakının Parlament prospektində (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinə qədər) təmir işlərini yekunlaşdırıb.

Bakıvaxtı.az agentliyə istinadən xəbər verir ki, təmir işləri çərçivəsində sözügedən prospektdə köhnə asfalt-beton örtüyünün frezlənməsi, yolun profilə salınması, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub.

“İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunan təmir işlərinin son mərhələsində sözügedən ərazidə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də yerinə yetirilib.


SON XƏBƏRLƏR

31 May 2025