Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni yayılmış meymunçiçəyi virusu ilə bağlı açıqlama yayıb.
Bakıvaxtı.az bu barədə qurumun məlumatına istinadla xəbər verir.
Bildirilib ki, 2022-ci ildən bu günə qədər təxminən 100 min nəfər bu virusa yoluxub.
Qeyd edilib ki, hazırda xüsusilə Afrika qitəsi ərazisində virusa yoluxma sayı həddindən artıq artıb:
"Yoluxma hal-hazırda Konqo Demokratik Respublikasında cəmləşib və burada 2024-cü ildə bildirilən halların 90 faizi baş verəcək. Təkcə bu il 575 ölüm də daxil olmaqla, 16 mindən çox şübhəli hadisə qeydə alınıb",- qurumun açıqlamasında deyilir.
Təşkilatın rəsmiləri diqqətə çatdırıb ki, xəstəliyin yayılma arealına və digər səbəblərə görə meymunçiçəyi virusunun qarşısını almaq və onla mübarizə aparmaq mümkün olacaq.
Əli Hüseynov







jpg-1727072163.webp)
jpg-1727071820.webp)
jpg-1727071485.webp)



jpg-1727069291.webp)


