• Bakı 18° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

CƏMİYYƏT

24 Avqust 2024 | 11:06

Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Avqustun 24-ü saat 10:00 olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Zaqatalada 18 mm, Sarıbaşda (Qax) 16 mm, Balakəndə 15 mm, Xınalıq, Xaçmaz, İsmayıllı, Yevlax, Mingəçevir, Sabirabad, Şəki, Xaltan, Qusarda 2 mm-dək olub.

    Öncədən xəbər verildiyi kimi sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Goranboyda 23 m/s, Culfada 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 18 m/s-dək güclənib.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR -da 40, aran rayonlarında 39, dağlıq rayonlarda 30 dərəcəyədək isti qeydə alınıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    30 Oktyabr 2026