• Bakı 24° C

    6.16 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

7 gündə 7 intihar: Canımıza niyə qıyırıq?

CƏMİYYƏT

03 Avqust 2023 | 15:50 | Müəllif: Qalib İbrahimoğlu

7 gündə 7 intihar: Canımıza niyə qıyırıq?

Azərbaycanda son bir həftə ərzində 7 intihar baş verib.

Bakıvaxtı.az-ın məlumatına göə, belə ki, 28 avqustda Qəbələdə, 29 avqustda  yenə Qəbələdə, 30 iyulda Masallıda, 31 iyulda Xırdalanda və Ucarda, 1 avqustda Mingəçevirdə, 2 avqustda Xəzər rayonunun Binə qəsəbəsində, 3 avqustda Quba rayonunda özünəqəsd hadisələri qrydə alınıb.

Statistikaya nəzər salanda da görünür ki, hətta bir gündə iki intihar hadisəsi olub. Bəs İntiharların birdən birə artma səbəbi nədir?

Psixoloq  Seyyid-Zeynəb Əliyeva Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu məsələyə birmənalı cavab vermək çətindir, çünki hər bir intihar hadisəsinin səbəbi fərqlidir. Onun sözlərinə görə, lakin onları birləşdirən ortaq məqamlar var. Belə psixoloqa görə, buraya həmin şəxslərin psixoloji vəziyyətlərini, stressə dəvamsızlıqlarını, stresslə baş edə bilməmələrini göstərmək olar: “O, çətin vəziyyətlərdə tək çıxış yolunun ölüm olduğunu düşünür. Diqqət yetirsək, görərik ki, intihar edənlərin bir çoxu özlərini asırlar və belə şəxslərin boyunlarında cırmaq izləri olur. Bu da o deməkdir ki, onlar sonradan peşman olub, özünü qurtarmaq istəyib, lakin edə bilməyib".

Psixoloq qeyd edib ki, intihar edən şəxslər, əsasən, bunu mərhələli şəkildə edirlər: "İlkin olaraq ailə üzvlərinə bunu hiss etdirirlər. Ya özlərinə qapanır, yemək yemir, heç kimlə danışmır, ya da tez-tez "bezmişəm", "həyat mənasızdır", ölsəydim, canım qurtardı", "özümü öldürəcəm" kimi ifadələr işlədirlər. Daha sonra isə plan qurur, hansı üsulla edə biləcəklərini düşünürlər".

Müsahibimiz daha çox rastlaşdığımız intihar üsullarını qeyd edib:

Aşırı sayda dərman qəbulu

Biləklərini kəsmə

Yüksək mərtəbədən özünü atmaq

Maşın önünə atılma

Asma və s- dir

Onun sözlərinə görə, bəzi hallarda intihar edənlərin çoxu diqqət çəkmək üçün edir: "Buna misal olaraq yeniyetmələri göstərmək olar. Onlar öz istəklərini reallaşdırmaq üçün valideynlərini ölümləri ilə hədələyirlər. Lakin bu cəhd çox zaman ölümlə nəticələnir. Yeniyetmələr valideynlərinin onları anlamadığını düşünərək "məni heç kim anlamır", "mənə güvənmirlər" deyirlər. Bu düşüncələrin çoxluğu onların ya evi tərk etmələrinə yada intihara cəhd etmələrinə səbəb olur".

Həmsöhbətimiz onu da vurğulayıb ki, intihar edənlərin sayının bu qədər artmasının səbəbi sosial şəbəkələrdə intiharla bağlı xəbərlərin birbaşa verilməsidir: "Psixoloji vəziyyəti zəif olan şəxslər, xüsusən də yeniyetmələr belə xəbərlərdən daha çox təsirlənir və psixoloji təsirə məruz qalırlar. Düşünürəm ki, sosial şəbəkələr və media daha çox maarifləndirmə işləri aparmalıdır”.

Psixoloq sonda qeyd edib ki, ətrafdakı insanlar çox diqqətli olmalıdır: “İntihara meyl edən şəxslər özlərinə qapanır, tez-tez “bezmişəm”, “ölmək istəyirəm” kimi ifadələr işlədirlər. Belə hallarda ətrafdakı insanlar biganə yanaşmamalı, onu diqqətə almalıdırlar. Yaxşı olar ki, belə vəziyyətlərlə rastlaşdıqda mütəxəssis yardımı alsınlar.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026