• Bakı 6° C

    0.62 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bloger  Gəncədə "avtoşluq" etdi - DİN-dən REAKSİYA - YENİLƏNİB

CƏMİYYƏT

02 Sentyabr 2023 | 15:21

Bloger Gəncədə "avtoşluq" etdi - DİN-dən REAKSİYA - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə xanım bloqerin avtoxuliqanlıq etməsi ilə bağlı görüntülərə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində həmin görüntü ilə bağlı araşdırma aparılır:

“Tezliklə sürücü barəsində qanunamüvafiq tədbir görüləcək”.

14:47

Xanım bloqer Gəncədə avtoxuliqanlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

60-BV-560 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobilin sükanı arxasında oturan xanım avtomobili sürətlə idarə etməklə riskli manevrlər edib.

Gəncənin mərkəzi parkında avtoxuliqanlıq edən xanım davamlı olaraq manevr qaydalarını pozaraq, şou xarakterli hərəkətlər edib və həmin videoları sosial şəbəkələrdə paylaşıb. 

Qeyd edək ki, xanım bloqer uzun müddətdir ki, sosial şəbəkələrdə VAZ markalı avtomobillərlə çoxsaylı videolar çəkərək paylaşır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026