• Bakı 12° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xocavənddə körpülərə birləşdirilən yüksək partlayış gücünə malik qurğular aşkarlandı  - FOTOLAR

CƏMİYYƏT

02 Oktyabr 2023 | 14:30

Xocavənddə körpülərə birləşdirilən yüksək partlayış gücünə malik qurğular aşkarlandı - FOTOLAR

Xocavənd rayonu ərazisində 4 körpünün alt və yan hissələrində yüksək partlayış gücünə malik partlayıcı qurğular aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıblar.

Bildirilib ki, yaşayış binaları, mərkəzi rayon xəstəxanası, eləcə də fərdi yaşayış məhəllələri yaxınlığında yerləşən körpülərdə qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan ümumilikdə tərkibində 200 kq-dan artıq trotil dolu qutulardan ibarət tələ məftili və elektrik üsulu ilə işə düşən partlayıcı qurğular müəyyən edilib.

Belə ki, körpülərin alt və yan tərəflərinə hər biri 25 kq-lıq trotil hissələrlə dolu qutulara elektrik detonatoru və partlayışın gücləndirilməsi məqsədilə bir neçə ədəd TM-57 növlü tank əleyhinə minalar quraşdırılıb. Bu kimi partlayıcı qurğular isə ölümcül partlayışın törədilməsi, texnika və insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.

ANAMA əməkdaşları aşkar edilən partlayıcı qurğuları zərərsizləşdirərək ərazilərin təhlükəsizliyini təmin edib.


Xocavənddə körpülərə birləşdirilən yüksək partlayış gücünə malik qurğular aşkarlandı - FOTOLARXocavənddə körpülərə birləşdirilən yüksək partlayış gücünə malik qurğular aşkarlandı - FOTOLARXocavənddə körpülərə birləşdirilən yüksək partlayış gücünə malik qurğular aşkarlandı - FOTOLARXocavənddə körpülərə birləşdirilən yüksək partlayış gücünə malik qurğular aşkarlandı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026