• Bakı 7° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Duzdağ" hotelinin sahibi dəyişdi

CƏMİYYƏT

01 Noyabr 2023 | 14:13

"Duzdağ" hotelinin sahibi dəyişdi

Vaxtilə "Nəqşıcahan" Holdinqin balansında olan, Naxçıvanda yerləşən "Duzdağ" hotelinin sahibi dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, hotel Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının balansına keçib. Bununla bağlı, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Möhbalıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.

Heyət Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının binasına, Şuranın balansına yeni alınmış "Duzdağ" hotelinə, "Duzdağ Fizioterapiya Mərkəzi"nə, "Darıdağ Arsenli Su Müalicə Mərkəzi" MMC-ə, hazırda tikinti işləri davam edən Darıdağ arsenli su müalicə və istirahət kompleksi və Ağbulaq İstirahət Mərkəzinə baxış keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026