• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Abzas Media”nın əməkdaşı barədə QƏRAR VERİLDİ

CƏMİYYƏT

01 Dekabr 2023 | 14:07 | Müəllif: Qalib İbrahimoğlu

“Abzas Media”nın əməkdaşı barədə QƏRAR VERİLDİ

“Abzas Media” saytının əməkdaşı Nərgiz Absalamova barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, Nərgiz Absalamova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026