• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycanı seçən turistlər ən çox bu ölkələrdəndir - SİYAHI

CƏMİYYƏT

01 Dekabr 2023 | 13:04

Azərbaycanı seçən turistlər ən çox bu ölkələrdəndir - SİYAHI

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 186 ölkəsindən 1723,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən (DSK) Bakıvaxtı.az-a verilən məlumata görə, gələnlərin 30,7 faizi Rusiya Federasiyası, 17,9 faizi Türkiyə, 7,7 faizi İran, 5,1 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Qazaxıstan, 2,5 faizi Pakistan, 1,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, 1,6 faizi İsrail, hər birindən 1,5 faiz olmaqla Ukrayna və Küveyt, 1,4 faizi Belarus, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Çin, 1,1 faizi Böyük Britaniya, 11,2 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan - 3,5 dəfə, Türkmənistandan - 2,7 dəfə, Polşadan - 2,0 dəfə, Hindistandan - 2,0 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Tacikistandan - 1,8 dəfə, Misirdən - 1,8 dəfə, Qırğızıstandan - 1,8 dəfə, Bəhreyndən - 1,7 dəfə, Filippindən - 1,7 dəfə, İtaliyadan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, Moldovadan - 1,5 dəfə, Belarusdan - 1,5 dəfə, Özbəkistandan - 1,5 dəfə, Rusiya Federasiyasından - 45,8 faiz, Kanadadan - 42,7 faiz, ABŞ-dan - 39,4 faiz, Gürcüstandan - 30,5 faiz, Niderlanddan - 29,4 faiz, Küveytdən - 27,3 faiz, İsraildən - 27,2 faiz, Fransadan - 26,9 faiz, Böyük Britaniyadan - 25,7 faiz, Almaniyadan - 22,0 faiz, Türkiyədən - 20,3 faiz, Ukraynadan - 11,1 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 10,0 faiz artıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026