Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
Ümumiyyətlə, ilk ayını arxada qoyduğumuz pazızda payız havası duyulmur. Payıza xas olmayan belə isti hava şəraiti sağlamlığımıza hansı ziyanları vurur?
Daxili xəstəliklər uzamanı Həbib Sahratov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, havalar keçənilki mövsüm şərtləri ilə müqayisədə daha isti keçir. Bu, payız üçün xarakterik hava deyil: “Havanın isti keçməsinin sağlamlıq üzərində yan təsirləri var deyə bilmərik. Havaların isti keçməsi nəticəsində bu fəsildə gördüyümüz kəskin respirator virusları, soyuqlama daha az müşahidə olunur”.
Onun sözlərinə görə, bir məqama diqqət etmək lazımdır ki, hava hər gün isti keçmir, tez-tez dəyişir: “Bu da insanları aldadır. Kimsə havaya aldanıb nazik geyinsə, hava dəyişəndə soyuqlaya bilər. Bu da kəskin respirator xəstəliklərinə şərait yaradır”.
Müsahibimiz qeyd edib ki, isti hava bu viruslara zəmin yaratmır.
“Hava şəraitinə uyğun geyindikdə heç bir problem olmur”, - deyə Həbib Sahratov vurğulayıb.
Aytac Aslan



jpg-1701421826.webp)


jpg-1701420759.webp)
jpg-1701420472.webp)






jpg-1701418073.webp)

