• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qaçqın və məcburi köçkün məktəblərinin taleyi necə olacaq?

CƏMİYYƏT

01 Noyabr 2023 | 13:31 | Müəllif: Qalib İbrahimoğlu

Qaçqın və məcburi köçkün məktəblərinin taleyi necə olacaq?

Elm və təhsil naziri Emin Əmrullayev keçmiş məcburi köçkünlərin təhsil aldığı müəssisələrin taleyinə aydınlıq gətirib.

Bakıvaxtı.az-ın məlumatına förə, nazir deyib ki, bu məsələdə iki variant mövcuddur. Onun sözlərinə görə, 30 illik işğal dövründə bəzi məktəblər üçün yeni binalar tikilib:

"Bu halda həmin bina həmin əraziyə uyğunlaşdırılır. Misal olaraq, Şuşa şəhər 1 nömrəli məktəb istifadəyə verildikdən sonra Bakıdakı təhsil ocağı ayrı məktəb kimi fəaliyyətini davam etdirəcək".

E.Əmrullayev qeyd edib ki, bəzi hallarda isə məktəblərin binası yoxdur, ona görə də ləğvi mümkünsüzdür: "Yəni məktəb publik hüquqi şəxs kimi tarixi yerinə köçür. Kimsə köçmürsə, məktəb yerində qalıb digərləri kimi fəaliyyətini davam etdirir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026