Şamaxıda bədbəxt hadisə baş verib.
Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, rayonun 1 saylı Çaylı kənd sakini 8 aylıq körpə Bəşirov Yusif Nurlan oğlu evdə oynayarkən peçin üzərində olan qaynar su üzərinə dağılıb.
Hadisə nəticəsində ağır bədən yanıqları alan körpənin vəziyyətinin ağır olması səbəbindən Bakıda yerləşən xəstəxanalardan birinə çatdırılıb.