Bu ilin yanvar-mart aylarında 84,7 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 27,2 min şəxs münasib işlərlə təmin olunub. 1195 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına, 1221 işsiz şəxs isə peşə hazırlığı kurslarına cəlb edilib.
Qeyd olunan dövrdə Agentlik tərəfindən 55,1 min şəxsə peşəyönümü xidmətlər göstərilib.