• Bakı 10° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.7868

    RUB - 1.619

“97 yaşım var, aparıcı deyir ki, “niyə evlənməmisiniz?”

MƏDƏNİYYƏT

21 May 2024 | 12:28

“97 yaşım var, aparıcı deyir ki, “niyə evlənməmisiniz?”

“Bəziləri var ki, xətirlərini çox istəyirəm, amma aparıcı kimi aparıcı deyillər”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova “Qapqara” layihəsinə müsahibəsində deyib.

Sənətçi aparıcılardan birinin ona verdiyi sualdan hiddətləndiyini bildirib:

“Biri məni çağırdı ki, sizin haqqınızda veriliş hazırlayacağıq. Mən də əsəbi idim, xəstə idim, ona dedim ki, “oğlum, sən mənim haqqımda heç nə bilmirsən, nə veriliş hazırlayacaqasan?” Düz danışaq da. Az qalıb 97 yaşım olsun, hələ də mənə deyirlər ki, “niyə ailə qurmamısınız?” Adam istəyir ki, saçının diblərini göstərsin ki, saçımda ağ tüklər var ee, nə ailə qurmaq. Elə aparıcılarla ünsiyyət qurmaq olmur, alınmır”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

04 Dekabr 2024