• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Rusiyalı aparıcı terrorçular siyahısına daxil edildi

MƏDƏNİYYƏT

19 Iyun 2024 | 23:15

Rusiyalı aparıcı terrorçular siyahısına daxil edildi

Rusiyalı aparıcı-aktrisa Tatyana Lazareva terrorçular və ekstremistlər siyahısına əlavə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Lazarevaya qarşı bir neçə gün əvvəl terrora haqq qazandırdığı üçün iş açılıb. Bu, Dövlət Dumasının deputatı Andrey Alşevskixin sorğusuna cavab olaraq baş verib.

İşin başlanmasına səbəb teleaparıcının ötən ilin avqustunda "Və Qrem çökdü" podkastında Ukraynanın pilotsuz təyyarələrinin Rusiya hədəflərinə hücumu ilə bağlı xəbərləri oxuyanda sevindiyini etiraf etməsi olub.

Qeyd edək ki, qanuna görə, terrorçu siyahısında olanlara bank xidmətlərindən istifadə etmək, o cümlədən bank hesabları açmaq qadağandır.


SON XƏBƏRLƏR