• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Onun konsertinə telefonla girmək qadağandır

MƏDƏNİYYƏT

17 Iyul 2024 | 21:11 | Müəllif: Subhan Mahmudov

Onun konsertinə telefonla girmək qadağandır

Konsert turuna çıxmağa hazırlaşan Nobel mükafatlı musiqiçi Bob Dilan konsertlərində telefonlara qadağa qoyub.

Bakıvaxtı.az xəbər verir ki, 83 yaşlı sənətçi verilişlərində kameralı telefonlardan istifadə ilə bağlı yeni sərt qayda tətbiq edib. Onun bu addımı pərəstişkarları arasında böyük mübahisələrə səbəb olub.

Məşhur müğənni bu ilin sonunda "Rough and Rowdy Ways" adlı albomunun qastrolu üçün İngiltərəyə gedəcəyini açıqlayıb. Amerikalı ulduz müğənni London, Edinburq, Nottingem, Vulverhempton və digər şəhərlərdə tamaşaçılara telefondan istifadəni qadağan edib.

Konsert iştirakçıları məkana gələndə onlardan Dilanın çıxışından əvvəl telefonlarını təhlükəsiz seyflərə yerləşdirmələri xahiş olunacaq. Telefonlar avtomatik seyflərdə toplanaraq tamaşanın sonunda sahiblərinə veriləcək./axsam.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026