• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Gəncə Dövlət Milli Dram Teatrı Litvada tamaşa nümayiş etdirib

MƏDƏNİYYƏT

15 Avqust 2024 | 15:42 | Müəllif: Əli Hüseynov

Gəncə Dövlət Milli Dram Teatrı Litvada tamaşa nümayiş etdirib

Litvanın Druskininkai şəhərində keçirilən Beynəlxalq Teatr festivalında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət Milli Dram Teatrı "Kral ölür" tamaşası ilə çıxış edib.

Teatrdan Bakıvaxtı.az-a bildirilib ki, tamaşada rolları Əməkdar artistlər Elxan Abbasov ( Kral Beranje), Sevda Orucova (Qulluqçu), Kəmalə Məmmədova ( Marqarita), İlham Hüseynov ( Həkim), aktyorlar Gültəkin Mehtizadə ( Mariya), Ruslan Hüseynov (Keşikçi) canlandırıblar.

11 nəfərlik heyətə teatrın direktoru Aqil Bəhramlı rəhbərlik edib. Festivala qatılan heyətin tərkibində tamaşanın rejissoru Tural Mustafayev, Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi Yusif Cəfərov da yer alıblar.

Tamaşadan sonra Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev və səfirlik nümayəndələri aktyorlarla görüşüb və xatirə şəkli çəkdiriblər. Teatrın direktoru Aqil Bəhramlı festivalın direktoru Mariya Tananaya ağacda yonulmuş, əl işi olan dahi şair Nizami Gəncəvinin məqbərəsini hədiyyə edib.

Qeyd edək ki, iyulun 21-dən 28-dək Gəncə Dövlət Milli Dram Teatrı "Kral ölür" tamaşası ilə Avrasiya Teatrlar Birliyinin Portuqaliyada keçirdiyi festivalda iştirak edib və festivalın Qran-Pri mükafatına layiq görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026