• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Aİ: ABŞ-nin polad tarifləri Avropa bazarına təzyiqi artıracaq

DÜNYA

11 Fevral 2025 | 02:56

Aİ: ABŞ-nin polad tarifləri Avropa bazarına təzyiqi artıracaq

Alman Polad Sənayesi Assosiasiyası Prezident Donald Trampın ABŞ-a bütün polad və alüminium tədarüklərinə 25 faiz rüsum tətbiq etmək planlarından narahatdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə assosiasiyanın bəyanatında bildirilib.

“ABŞ Prezidentinin polad idxalına tariflər elan etməsi Almaniya və Aİ-nin polad sənayesinə zərbədir. Aİ-nin vahid, sistemli və sürətli şəkildə hərəkət etməsi indi vacibdir. ABŞ-ın açıqladığı polad tarifləri istehsal həcminin Avropaya yönləndirilməsinə gətirib çıxaracaq. Bu da Çinin həddindən artıq istehsal gücü fonunda idxal təzyiqini daha da artıracaq”, - bəyanatda qeyd edilib.

Tramp daha əvvəl bildirmişdi ki, ABŞ-a bütün polad və alüminium tədarüklərinə 25 faiz rüsum tətbiq etmək niyyətindədir.


SON XƏBƏRLƏR

11 Mart 2025