• Bakı 10° C

    6.08 m/s

  • USD - 1.7

    EUR - 1.8526

    RUB - 1.9891

Zelenski son nöqtəni qoydu: Ərazi güzəşti olmayacaq!

DÜNYA

12 Mart 2025 | 21:08

Zelenski son nöqtəni qoydu: Ərazi güzəşti olmayacaq!

Ukrayna işğal olunan əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq. Bu, Ukrayna üçün danışıqlarda “qırmızı xətt”dir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

“Mən prezident kimi konstitusiyamızı pozmayacağam, əksinə, xalqımızı və torpağımızı müdafiə edərək suverenliyimizi və müstəqilliyimizi müdafiə edəcəyəm”, - Zelenski deyib.

Zelenski əlavə edib ki, Ukrayna müstəqillik uğrunda mübarizə aparır və buna görə də Rusiya tərəfindən işğal edilmiş heç bir ərazini tanımayacaq:

“Xalqımız bunun üçün döyüşüb, qəhrəmanlarımız həlak olub. Ona görə də bunu heç kim unutmayacaq. Biz Ukraynaya qarşı törədilən bu cinayəti heç kimə unutdurmayacağıq”./axar.az


SON XƏBƏRLƏR

12 Mart 2025