• Bakı 10° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Xameneidən gözlənilməz: Pezeşkianın ABŞ-la bağlı xahişini qəbul etdi

DÜNYA

11 Aprel 2025 | 19:55

Xameneidən gözlənilməz: Pezeşkianın ABŞ-la bağlı xahişini qəbul etdi

İran Prezidenti Məsud Pezeşkian yüksək çinli məmurlarla görüşü zamanı ali rəhbər Ayətullah Əli Xameneidən ABŞ-la danışıqlara dair mövqeyini yumşaltmasını istəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Bildirilib ki, bir neçə saat davam edən görüşdən sonra ali rəhbər prezidentin xahişini dinləyib və Tehranla Vaşinqton arasında ilk növbədə vasitəçilər, nəticə İran tərəfinə uyğun gələrsə, birbaşa danışıqlara razılıq verib.

Eyni zamanda, nəşr yazır ki, Xamenei danışıqların aparılması üçün bir neçə şərt qoyub. O, xüsusən Tehranın nüvə proqramının, o cümlədən monitorinq mexanizmləri ideyasının müzakirəsinə icazə verib, lakin İranın raket proqramının ölkənin müdafiə sisteminin bir hissəsi olduğunu və müzakirə mövzusu olmadığını qeyd edib./axar.az


SON XƏBƏRLƏR