• Bakı 19° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Kelloq: Ukrayna danışıqlarına başlamazdan əvvəl...

DÜNYA

11 May 2025 | 18:15 | Müəllif: Subhan Mahmudov

Kelloq: Ukrayna danışıqlarına başlamazdan əvvəl...

Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlardan əvvəl 30 günlük atəşkəs əldə olunmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq X sosial şəbəkəsində yazıb. 

“Birincisi, 30 günlük qeyd-şərtsiz atəşkəs və bu müddət ərzində hərtərəfli sülh danışıqlarına keçid. Əksinə yox", – deyə o yazıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Kiyev hakimiyyəti ilə birbaşa danışıqların bərpası təklifini alqışlamışdı.

Rusiya Prezidenti Vladimir Putin mayın 11-nə keçən gecə Kremlin qarşısında jurnalistlərə verdiyi açıqlamada Kiyev hakimiyyətinə 2022-ci ildə dayandırdıqları birbaşa danışıqları əvvəlcədən heç bir şərt olmadan bərpa etməyi təklif edib. Danışıqlara mayın 15-də İstanbulda başlamasl təklif olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR