• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu bitdi - YENİLƏNİB

DÜNYA

11 May 2025 | 18:09 | Müəllif: Subhan Mahmudov

Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu bitdi - YENİLƏNİB

Vaşinqtonla Tehran arasında Omanda keçirilən danışıqların dördüncü raundu başa çatıb. 

Bakıvaxtı.az xəbər verir ki,  İran Xarici İşlər Nazirliyinin sözçüsü Tehran və Vaşinqton arasında Omanın vasitəçiliyi ilə Maskatda keçirilən dolayı danışıqların dördüncü raundunu şərh edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü raundun “çətin, lakin faydalı” olduğunu deyib.


 

***16:42

Omanın paytaxtı Maskatda Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ətrafındakı böhranın nizamlanması üzrə danışıqların növbəti raundu başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçı, ABŞ nümayəndə heyətinə isə Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edirlər.

Xatırladaq ki, ABŞ və İran arasında Omanın vasitəçiliyi ilə danışıqların ilk raundu aprelin 12-də Maskatda, ikinci raund aprelin 19-da Romada, üçüncü raund isə yenidən aprelin 26-da Maskatda baş tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026