• Bakı 15° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Aİ komissarı tarifləri müzakirə etmək üçün ABŞ-yə gedəcək

DÜNYA

11 Aprel 2025 | 20:26

Aİ komissarı tarifləri müzakirə etmək üçün ABŞ-yə gedəcək

Avropa İttifaqının (Aİ) ticarət komissarı Maroş Şefçoviç aprelin 14-də Donald Tramp administrasiyasının elan etdiyi tarifləri müzakirə etmək üçün Vaşinqtona səfər edəcək.

Bakıvaxtı.az “Politico”ya istinadən xəbər verir ki, bu barədə aprelin 11-də keçirdiyi brifinqdə Avropa Komissiyasının nümayəndəsi Olof Hill məlumat verib.

“Təklifimiz amerikalı dostlarımızla tariflərin “sıfıra sıfır” səviyyəsinə endirilməsidir”, - Hill deyib.

Şefçoviçin aprelin 14-də amerikalı həmkarları ilə danışıqlar aparmaq üçün ABŞ-yə səfəri onun Trampın ikinci prezidentliyi dövründə okeanın o tayına üçüncü səfəri olacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 9-da dünyanın əksər ölkələrinə qarşı elan etdiyi görünməmiş tarifləri 90 gün müddətinə dayandırdığını açıqlamışdı.

Buna cavab olaraq Aİ də ABŞ-yə qarşı əks tədbirlərini təxirə salıb.

Eyni zamanda, ABŞ qlobal idxala 10 faizlik ümumi rüsumu saxlayır, həmçinin polad, alüminium və avtomobillərə 25 faizlik rüsum tətbiq edir.


SON XƏBƏRLƏR

19 Oktyabr 2025
18 Oktyabr 2025