• Bakı 12° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Britaniya Ukraynaya 4,5 milyard hərbi yardım ayıracaq 

DÜNYA

11 Aprel 2025 | 17:56

Britaniya Ukraynaya 4,5 milyard hərbi yardım ayıracaq 

Böyük Britaniya 2025-ci ildə Ukraynaya 4,5 milyard funt sterlinq (5,8 milyard dollar) məbləğində hərbi yardım verməyi planlaşdırır.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Con Hili Brüsseldə NATO-nun qərargahında Ukrayna Müdafiəsi üzrə Əlaqə Qrupunun 27-ci iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

"Biz bu il Ukraynaya hərbi dəstək üçün 4,5 milyard funt sterlinq ayıracağıq - bu, indiyə qədər olan ən yüksək səviyyədir", - o qeyd edib.

Həmçinin C.Hili qeyd edib ki, Ukraynanın müttəfiqləri 2025-ci ildə Ukraynaya 21 milyard avro (23,8 milyard dollar) məbləğində hərbi yardım göstərmək öhdəliyi götürüblər.


SON XƏBƏRLƏR