• Bakı 14° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

DiplomatlarXankəndidəki tikinti-quruculuq işləri ilə tanış olublar

CƏMİYYƏT

18 Aprel 2025 | 13:41

DiplomatlarXankəndidəki tikinti-quruculuq işləri ilə tanış olublar

Hazırda Xankəndi şəhərində Zəfər parkı, Konqres mərkəzi tikilir, Zəfər muzeyi, Xankəndi şəhər futbol stadionu, Xüsusi nümayəndəliyin binası, Biznes mərkəzi, mədəniyyət mərkəzi bərpa edilir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov şəhərə səfər edən xarici diplomatlara məlumat verərkən deyib.

Elçin Yusubov bildirib ki, Xankəndi şəhəri  Prezidentin diqqət və qayğısı ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 35 ildən çox  ayrı düşmüş insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.

Xatırladaq ki, Xankəndi şəhərinə səfər edən Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri, beynəlxalq təşkilatların nümayəndələri və hərbi nümayəndələr burda  aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yaxından tanış olublar.


SON XƏBƏRLƏR

18 Aprel 2025