• Bakı 14° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Fərhad Hacıyev: “Qarşıda Ümumi biliklər üzrə ilk sınaq imtahanı gəlir”

CƏMİYYƏT

18 Aprel 2025 | 12:21

Fərhad Hacıyev: “Qarşıda Ümumi biliklər üzrə ilk sınaq imtahanı gəlir”

“Qarşıda müsabiqənin növbəti mərhələsi olan onlayn mərhələnin Ümumi biliklər üzrə ilk sınaq imtahanı gəlir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  “Yüksəliş” müsabiqəsinin mətbuat konfransında “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib.

Qeyd olunub ki, bu mərhələdə iştirakçılara Azərbaycan və dünya üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, idarəetmənin əsasları, eləcə də müasir trendləri əhatə edən 4 blok üzrə 25 sual təqdim olunacaq:

““Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər”.

Vurğulanıb ki, sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 Aprel 2025