• Bakı 14° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Cəbrayılda itkin şəhid Ələsgər Mirzəliyev dəfn edilib - YENİLƏNİB

CƏMİYYƏT

18 Aprel 2025 | 13:48

Cəbrayılda itkin şəhid Ələsgər Mirzəliyev dəfn edilib - YENİLƏNİB

İmişli rayonu Şəmmədli kənd məzarlığında naməlum əsgər kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyevlə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən vida mərasimi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Ə.Mirzəliyevin nəşi Cocuq Mərcanlı kəndi “Lələtəpə” kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, qazilər, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

12:48

İmişli rayonu Şəmmədli kənd məzarlığında naməlum əsgər kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyevin nəşi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ailəsinə təhvil verilib.

Bakıvaxtı.az xəbər verir ki, kənddə şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Ələsgər Fərzalı oğlu Mirzəliyev 1969-cu il iyulun 18-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində anadan olub. O, 1993-cü il oktyabrın 24-də həmin kənd istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Ə.Mirzəliyev Cocuq Mərcanlı kəndi “Lələtəpə” qəbiristanlığında dəfn olunacaq.


SON XƏBƏRLƏR

18 Aprel 2025