ABŞ Suriyanın şimal-şərqindən qoşunlarını qismən çıxarmağa başlayıb.
Bakıvaxtı.az "The New York Times"a istinadən xəbər verir ki, Suriyanın şimal-şərqindəki səkkiz kiçik əməliyyat bazasından üçünün bağlanacağını və əsgərlərin sayının 2000-dən təxminən 1400-ə endiriləcəyi planlaşdırılır.
Bundan başqa, ABŞ komandirləri 60 gün ərzində əlavə ixtisarlara ehtiyac olub-olmadığını qiymətləndirəcəklər. Komandanlıq Suriyada ən azı 500 amerikalı hərbçinin qalmasını tövsiyə edib. Hərbi bazaların bağlanması və digərlərinin birləşdirilməsi qərarı ordu komandirlərinin Pentaqon və ABŞ Mərkəzi Komandanlığı tərəfindən təsdiqlənmiş tövsiyələrinə əsaslanacaq.
"The New York Times" xatırladır ki, bu ilin yanvar ayında ABŞ prezidenti Donald Tramp Amerika ABŞ-nin Suriyaya qarışmadığını bildirib.
Gülşən Şərif