• Bakı 14° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Sabah temperatur 22 dərəcəyədək yüksələcək - PROQNOZ

CƏMİYYƏT

18 Aprel 2025 | 12:28

Sabah temperatur 22 dərəcəyədək yüksələcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında aprelin 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.


SON XƏBƏRLƏR

18 Aprel 2025