İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin Əfqanıstandakı səfirliyinin yeni təyin olunmuş rəhbəri Əlireza Bikdeli ilə görüşüb.
Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, Tehranda keçirilən görüşdə səfir öz missiyası haqqında hesabat təqdim edib.
O, Tehran və Kabil arasında əlaqələrin və əməkdaşlığın inkişafı üçün qarşıda duran planları açıqlayıb.
Əraqçi isə öz növbəsində İran administrasiyasının mehriban qonşuluq siyasətinin həyata keçirilməsinə ciddi sadiq olduğunu vurğulayıb.
Xarici işlər naziri İranın Əfqanıstana xüsusi diqqət yetirdiyini vurğulayaraq, davamlı sabitlik, təhlükəsizlik və davamlı inkişaf yolunda Tehranın əfqan xalqına dəstəyini bir daha təsdiqləyib.
Gülşən Şərif