• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Bəxtiyar Aslanbəyli: "Cəbrayılda GES-in tikintisinə bu il başlanacaq"

SİYASƏT

24 Yanvar 2025 | 13:31 | Müəllif: Əli Hüseynov

Bəxtiyar Aslanbəyli: "Cəbrayılda GES-in tikintisinə bu il başlanacaq"

Cəbrayıl rayonunda "Şəfəq" Günəş Elektrik Stansiyasının (GES) fiziki tikintisinə cari ildə başlanacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

"2024-cü ilin noyabrında COP29 iqlim konfransı çərçivəsində “Şəfəq” GES-in tikintisi layihəsinin həyata keçirilməsi üçün investisiya sazişi imzalanıb. Gələcək stansiyanın ərazisinin minalardan təmizlənməsi artıq başa çatıb, sertifikatlaşdırma prosesi qalıb. Layihənin texniki-iqtisadi əsaslandırması da artıq hazırdır. Bu il stansiyanın tikintisi üzrə yekun investisiya qərarının qəbul edilməsi gözlənilir", - B.Aslanbəyli qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR