• Bakı C

    9.09 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Tramp: “Putinlə Zelenski görüşməlidirlər”

SİYASƏT

22 Fevral 2025 | 14:42

Tramp: “Putinlə Zelenski görüşməlidirlər”

"Ukraynada müharibənin dayandırılmasını müzakirə etmək üçün Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenskinin görüşməsi zəruridir".

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Donlad Tramp deyib.

Onun sözlərinə görə, prezident Putin və Zelenski görüşməlidirlər.

Tramp bir daha əmin edib ki, o cümlədən də insanlıq naminə, Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılmasının tərəfdarıdır.

Ağ Evin rəhbəri bildirib ki, fevralın 25-də Səudiyyə Ərəbistanında ABŞ və Rusiya arasında danışıqların yeni mərhələsi baş tutacaq. ABŞ-nin yeni Ticarət nazirinin andiçmə mərasimi zamanı çıxışında Tramp atəşkəs və tərəflər arasında razılaşma əldə etmək istədiyini vurğulayıb.


SON XƏBƏRLƏR