• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ermənistan hökumətinə Aİ-dən məsləhətçilər təyin olunub

SİYASƏT

24 Mart 2025 | 14:42 | Müəllif: Gülşən Şərif

Ermənistan hökumətinə Aİ-dən məsləhətçilər təyin olunub

"Ermənistan hökuməti və bir sıra nazirliklərdə Avropa İttifaqı ilə Genişləndirilmiş və Hərtərəfli Tərəfdaşlıq Sazişinin (CEPA) həyata keçirilməsi ilə əlaqədar məsləhətçilər təyin edilib".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovanisyan parlamentdə çıxışında bildirib.

Qeyd edilib ki, Avropa İttifaqından yüksək rütbəli məsləhətçi artıq Ermənistana ezam olunub, Fransa 5 müxtəlif nazirliyə məsləhətçilər göndərib. Eyni zamanda digər ölkələrdən ekspertlərin dəvət edilməsinin mümkünlüyü nəzərdən keçirilir.

Paruyr Ovanisyan qeyd edib ki, yaxın aylardan Avropa İttifaqı ilə danışıqların gündəliyinə dair yeni sazişin imzalanması planlaşdırılır. Bu, Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının iyun ayında keçirilməsi nəzərdə tutulan iclasında imzalana bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR