Çinin rəsmi xəbər agentliyi olan CNTG İlham Əliyevin Si Cinpinlə görüşü ilə bağlı paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, yazıda "Çin və Azərbaycan strateji əməkdaşlığından qürur duyur" sözləri yer alıb.
Qeyd edilib ki, baş tutan müzakirələr nəticəsində hər iki ölkənin mənafeyinə uyğun vacib qərarlar qəbul edilib.
"İki lider iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın qurulduğunu bəyan ediblər",- xəbərdə bildirilib.
Xatırladaq ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfər edib.
Əli Hüseynov