• Bakı 19° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

ABŞ Azərbaycana 9,1 milyon dollar vəsait ayıracaq

SİYASƏT

29 Mart 2022 | 11:03

ABŞ Azərbaycana 9,1 milyon dollar vəsait ayıracaq

ABŞ Dövlət Departamentinin 2023-cü il üçün büdcə layihəsinə əsasən, Azərbaycana 9,1 milyon dollar vəsaitin ayrılması planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dərc etdiyi sənəddə bildirilib.

Qeyd olunub ki, gələn il Gürcüstana 88 milyon, Ermənistana isə 23,4 milyon dollar ayrılması planlaşdırılır.

2023-cü ildə Beynəlxalq hərbi təhsil və təlimlər çərçivəsində Azərbaycana və Ermənistana 600 min dollar, Gürcüstana isə 1,75 milyon dollar ayrılması nəzərdə tutulub.

Sənəddə o da qeyd olunub ki, 2023-cü ildə Avropa, Avrasiya və Mərkəzi Asiya regionuna ümumilikdə 984,4 milyon dollar ayrılması planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026