Azərbaycan həm Cənubi Qafqaz bölgəsində, həm beynəlxalq miqyasda mühüm və etibarlı tərəfdaşdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Bolqarıstanın xarici işlər nazirinin müavini Vasil Georgiev Azərbaycan və Bolqarıstanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrdə deyib.
Nazir müavini Azərbaycanda səfərdə olduğu müddətdə rəhbərlik etdiyi nümayəndə heyətinin keçirdiyi görüşlərin səmərəli keçdiyini məmnunluqla diqqətə çatdırıb.
O, qarşılıqlı maraq kəsb edən irimiqyaslı iqtisadi-ticarət layihələrdə əməkdaşlıq imkanlarının müzakirə edilməsinə ölkəsinin hazır olduğunu söyləyib. V.Georgiev Bolqarıstanın XİN rəhbəri Teodora Qençovska tərəfindən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun öz ölkəsinə dəvət edildiyini məmnunluqla diqqətə çatdırıb.
















