• Bakı 19° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

ABŞ Azərbaycana daha altı minaaxtaran it yolladı - FOTO - YENİLƏNİB

CƏMİYYƏT

20 Sentyabr 2024 | 20:37

ABŞ Azərbaycana daha altı minaaxtaran it yolladı - FOTO - YENİLƏNİB

Mina və partlamamış hərbi sursat təmizləmə işlərində iştirak etmək üçün ABŞ-dan Azərbaycana daha altı it gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby "X" platformasında məlumat paylaşıb.

"Azərbaycana minalardan əraziləri təmizləmək üçün altı yeni qəhrəman gəldi! Berta, Dum, Dasti, Keri, Keno və Reks minaları təmizləmək üçün buradadır", - səfir vurğulayıb.

***

17:35

Mina və partlamamış hərbi sursat təmizləmə işlərində iştirak etmək üçün ABŞ-dan Azərbaycana daha iki it gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby “X” platformasında məlumat paylaşıb.

    Səfir itləri hava limanında qarşıladıqlarını və onların ANAMA-ya təqdim ediləcəyini bildirib.

    “Berta və Dum ANAMA-nın minaları və partlamamış hərbi sursatları təmizləmək missiyasına qoşulmaq üçün Azərbaycana gəlmiş altı minatəmizləyici itdən ikisidir. İtlər və onların zəhmətkeş ABŞ və Azərbaycan təlimçiləri Azərbaycanda icmaların daha təhlükəsiz şəraitində yaşayışı təmin etməkdə mühüm rol oynayırlar”, - səfir əlavə edib.


    SON XƏBƏRLƏR

    20 Sentyabr 2024