• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Elmar Məmmədyarov Tağı Əhmədov haqqında NƏLƏR DANIŞDI?

CƏMİYYƏT

20 Oktyabr 2024 | 18:06 | Müəllif: Qalib İbrahimoğlu

Elmar Məmmədyarov Tağı Əhmədov haqqında NƏLƏR DANIŞDI?

“Tağı Əhmədov metropoliten rəisi olduğu dönəmdə görüşmüşdük. O, həm də şair idi, bizə öz şeirlərini oxumuşdu”. 

Bu sözləri Bakıvaxtı.az-a eksklüziv açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov mərhum Tağı Əhmədovdan danışarkən deyib.

Ölümündəın sonra T.Əhmədovla bağlı sosial şəbəkələrdə yazılan tənqidlərə münasibət bildirən E.Məmmədyarov diqqətə çatdırıb ki, jurnalistləri də qınamaq lazım deyil:

“Əgər sən ictimai şəxssənsə, əlbəttə, jurnalistlər səndən yazacaqlar. Əvvəllər sosial şəbəkələr yox idi, indi hamı sosial şəbəkədədir. Yazırlar. Yazdıqlarının məsuliyyətini də daşımırlar. Allah rəhmət eləsin, ölənin arxasınca ya yaxşı danışmalısan, ya da heç danışmamalısan. Son olaraq, deyim ki, Tağı Əhmədov normal insan idi”.

Məlumat üçün bildirək ki, “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov uzun sürən xəstəlikdən sonra oktyabrın 18-də vəfat edib. Mərhum Günəşli qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026