• Bakı 12° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.7995

    RUB - 1.7011

Hərbçilərə ödənilən pul təminatının artırılması təklif edilir

CƏMİYYƏT

19 Noyabr 2024 | 14:45

Hərbçilərə ödənilən pul təminatının artırılması təklif edilir

Hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) tutduqları vəzifəyə, habelə hərbi rütbələrə görə ödənilən pul təminatının, eyni zamanda müvəqqəti mənzil kirayəsi üçün pul məbləğinin artırılması təklif edilir. 

Bakıvaxtı.az "Unikal"a istinadla xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsində çıxışı zamanı deyib.

O, eyni zamanda - müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılmasını tövsiyə edib.

 


SON XƏBƏRLƏR