• Bakı 16° C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

ABŞ Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir - Blinken

SİYASƏT

03 Aprel 2024 | 19:25 | Müəllif: Subhan Mahmudov

ABŞ Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir - Blinken

ABŞ müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Söhbət zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələlərinə də toxunulub.

Antoni Blinken bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev ilə apardığı müzakirələri qeyd edərək, ölkəsinin müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb.

O, həmçinin, COP29 çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin təmaslarını qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026