Rusiya Baş nazirin müavini Aleksey Overçuk Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, danışıqlar zamanı Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gündəliyinə daxil edilmiş ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın cari məsələləri müzakirə edilib.















